Bolqarıstanın "Ludoqorets" klubunun 12 futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan futbolçuların adları açıqlanmayıb.
 
12 futbolçusu koronavirusa yoluxan "Ludoqorets"in ölkə kubokundakı "Svoqa" ilə matçı təxirə salınıb.
 
Qarşılaşmanın noyabrın 12-də keçirilməsi planlaşdırılırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest