UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 14-də, saat 21:00-da, Xorvatiyanın Zapreşiç şəhəridəki İvan Lalyak-İviç stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyununun hakimləri müəyyənləşib.
 
Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü Rusiyadan olan hakimlər briqadası idarə edəcək.
 
Matçın baş hakimi Sergey İvanov olacaq. Ona yan xətt hakimləri Roman Usaçev və Valeri Dançenko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Kiril Levnikov yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest