"Neftçi"nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son oyunundan sonra istefa veriblər.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Sultanov və Məmmədovun bununla bağlı "Neftçi" rəhbərliyinə müraciət etdiyi və onların istefa ərizəsinin klub rəhbərliyi tərəfindən qəbul olunduğu diqqətə çatdırılıb.
 
"Neftçi" PFK Ceyhun Sultanov və Füzuli Məmmədova xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest