21 yaşadək futbolçulardan ibarət Ermənistan yığması Avropa çempionatının seçmə mərhələsində İsveç və İslandiya ilə keçirəcəyi oyunlar üçün Kiprə yollana bilməyib.
 
Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə buna komandanın bir neçə oyunçusunun koronavirusa yoluxması səbəb göstərilib. Qurum uyğun yaşda olan yeni futbolçuların qısa müddətdə ölkəni tərk etməklə bağlı icazənin alınmasında çətinliyi nəzərə alaraq bu addımı atıb.
 
Yığmanın görüşləri Larnaka şəhərindəki Antonis Papadopoulos stadionunda olmalı idi. UEFA məsələ ilə əlaqədar Ermənistana rəqib olan ölkələrin federasiyalarını məlumatlandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest