PSJ müdafiəçisi Layven Kurzavanı saxlamaq niyyətindədi. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, parislilər sol cinah oyunçusuna yeni müqavilə təklif edib.

Belə ki, rəhbərik 26 yaşlı futbolçunun 2020-ci ilə qədər olan sözləşməsinin müddətini daha 2 il uzatmaqda maraqlıdı.

PSJ həmçinin "Marsel"in müdafiəçisi Cordan Amaviyə də göz dikib. Fransa çempionu ötən il "Aston Villa"dan "Marsel"ə keçən 24 yaşlı oyunçu üçün qarşı tərəflə danışıqlara başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest