Premyer Liqanın IX turunda "Qarabağ"a 0:6 hesablı biabırçı məğlubiyyətdən sonra baş məşqçi postunda dəyişiklik edən "Neftçi" rəhbərliyi Samir Abasova güvəndi. Paytaxt təmsilçisi onunla 2021/2022 mövsümünün sonunadək müqavilə bağladığını rəsmən açıqladı.

Anlaşmanın bütün detalları açıqlanmasa da, matc.az saytı Abasovun "ağ-qaralar"da qazancını öyrənib. Belə ki, 42 yaşlı mütəxəssisin "Neftçi"dəki maaşı 7 min manat təşkil edir. Qələbə sayəsində isə əlavə mükafat alacaq.

Onun sələfi, istefaya göndərilən Füzili Məmmədov isə paytaxt komandasında 3 min manat maaş alırdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest