"Fiorentina"nın futbolçusu Frank Riberi cəzalandırılıb.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyasının 7-ci turu çərçivəsində "Parma" ilə keçirilən oyun zamanı bir epizodda özünü bilərəkdən yerə atan Riberinin cəzası məlum olub.
 
İtaliya A Seriyasının İntizam Komitəsi qarşılaşmanın 42-ci dəqiqəsində özünü yerə atan və sarı vərəqə alan Riberini 2000 avro cərimələyib.
 
Riberi bu mövsüm "Fiorentina" ilə 6 oyunda 2 qol vurub.
 
"Parma" – "Fiorentina" matçı qolsuz bərabərliklə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest