Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında növbəti rəqibi olan Monteneqro yığması yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, sözügedən komanda Qazaxıstanla üz-üzə gəlib.
 
Monteneqro yığması öz meydanında baş tutan bu oyundan qolsuz bərabərliklə ayrılıb - 0:0.
 
Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərində baş tutacaq Azərbaycan – Monteneqro görüşü noyabrın 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest