Portuqaliya millisi yoldaşlıq oyununda Andorra ilə qarşılaşıb. Matc.az xəbər verir ki, "Eştadiu Da Luj" stadionunda keçirilən oyun meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada qollardan birini komandanın kapitanı Kriştianu Ronaldu vurub. Bu, onun Portuqaliya yığmasının heyətində 102-ci qoludur.
Andorra üzərindəki bu qələbə Ronaldonun yığma karyerasında 100-cü qələbəsi olub. ümumilikdə, Kriştianonun oynadığı 168 görüşdə Portuqaliya 100 qələbə qazanıb, 42 dəfə uduzub, 26 qarşılaşma heç-heçə başa çatıb. 
Oyundan sonra Ronaldo yubileyi haqda instaqramda bunları yazıb: "Milli komandada daha bir tarixi mərhələyə çatmağa sevindim!".
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest