Futbol üzrə Monteneqro yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində qarşılaşacağı Azərbaycan millisi ilə oyuna ciddi itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, müdafiəçilər Marko Simiç və Momçilo Raspopoviç qarşıdakı görüşü buraxacaqlar.
 
Müvafiq olaraq Latviya "Liepaya"sı və Xorvatiya "Riyeka"sında oynayan futbolçular cəza səbəbindən meydana çıxa bilməyəcəklər.
 
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki "İvan Laljak-İviç" stadionunda keçiriləcək Azərbaycan - Monteneqro oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest