21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisiylə qarşılaşacaq İsveçrə yığmasında koronavirusa növbəti yoluxma halları aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə daha 3 futbolçunun koronavirus testinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. Bunlar Jeremi Giymeno, Den Ndoye və Yasper van der Verffdir. Hər üç oyunçu karantinə alınıb və qarşıdakı matçlarda komandalarına kömək edə bilməyəcək. Əvəzində isə daha əvvəl infeksiyaya yoluxmuş Noa Okafor sıraya dönüb.
 
Qeyd edək ki, bu gün Tyun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest