Futbol üzrə Sloveniya yığmasının yarımmüdafiəçisi Yosip İliçiç Azərbaycan milli komandasına qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan yığmasının yaxşı komanda olduğunu bildirib: 
 
"Milliyə qayıtmaq xoşdur. Təəssüf ki, nəticə istədiyimiz kimi yaxşı olmadı. Sübut etdik ki, oynamağı bacarırıq. İndikindən daha yaxşı ola bilərik. Azərbaycan real və tələbkar komandadır. Onlar da futbol oynamağı bacarır".
 
İtaliyanın "Atalanta" klubunda çıxış edən təcrübəli oyunçu 1 illik fasilədən sonra milliyə qayıdışını da şərh edib: "Yığmada çox şey dəyişib. Ona görə qayıtdım ki, bu, mənim sonuncu şansımdır. Danışmaqdansa, daha çox çalışmalıyıq. Hər komandaya vaxt lazımdır".
 
Qeyd edək ki, Sloveniya - Azərbaycan oyunu qolsuz heç-heçə ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest