Dava bunun davası olsaydı, "Neftçi" əvvəlki çalışdırıcısı ilə də ikinci-üçncü yer uğrunda mübarizə aparardı. Premyer Liqada rəqabət o qədər zəif və dar çərçivəlidi ki, "Neftçi" kimi klubun "sükanı arxası"nda Əli, yaxud Vəlinin dayanması fərq eləmir.

"Neftçi"də çoxdandı gözlənilən, yalnız dünən gerçəkləşən iki hadisə birdən baş verdi. Ceyhun Sultanov idman direktoru, Füzuli Məmmədov baş məşqçi vəzifəsini tərk etdi.

Birincini kimin əvəzləyəcəyi hələ naməlumdu. Məlum olan isə komandanın Samir Abasova tapşırılmasıdı. Onunla bağlanan müqavilə gələn ilin yayına, yəni, mövsümün sonunadək nəzərdə tutulub.

Başqa sözlə, perspektivi öz əlindədi. Gələcəyini burada görmək və tikişinin tutmasını istəyirsə, mütləq surətdə nəticə verməlidi. Bu nəticə isə aydın məsələdi ki, gümüş və bürünc medallar ola bilməz.

Dava bunun davası olsaydı, "Neftçi" əvvəlki çalışdırıcısı ilə də ikinci-üçncü yer uğrunda mübarizə aparardı. Premyer Liqada rəqabət o qədər zəif və dar çərçivəlidi ki, "Neftçi"  kimi klubun "sükanı arxası"nda Əli, yaxud Vəlinin dayanması fərq eləmir.

Bu prizmadan yanaşsaq, Samir Abasovun çempionluq tələbi ilə üz-üzə qalması təbiidi. Onun bu tələblə razılaşıb, məsuliyyətin altına girməsi isə… Qeyri-təbiidi.

Adam bunca saxta, bunca əhli-kef, bunca məsuliyyətsiz ola bilməz. Ona, sadəcə, iş, başını qatmaq üçün məşğuliyyət lazım idi, həmin yeri, həm də "yağlı əppəy"i tapdı.

"Neftçi" böyük camiədi və belə bir klubun taleyi, azarkeşinin hissləri ilə oynamaq günahdı, bağışlanmaz günah.

Abasovun həyatda hər şeyi var, hər şeyi. Ev-eşiyi, bağı, bağçası, ticarət olbyektləri, bir sözlə, gəliri gəlir. Pula bir elə ehtiyacı yoxdu ki, fikirləşəsən ki, maddi sıxıntılardan qurtulmağın variantlarını gözdən keçirir.

Onun mədəsi doludu, elə gözü də toxdu. Hələ bir futbolçu tanımıram ki, desin, filan vaxt Abasovun cibinə filan qədər pul basmışam. O, buna gedən deyil. Amma "Neftçi"yə gəlməli də deyildi. çün burada onu istəmir və gözləmirdilər.

Birincisi, klub prezidenti Kamran Quliyevin özü. Dörd il "Sumqayıt" da işləyiblər. Abasova məşqçi statusu ilə futbolda ilk böyük dəstəyi məhz Quliyev verib. "Sumqayıt"ın pis vaxtında, bərbad nəticələrin sıralandığı dönəmlərdə arxasını yerə verməyib, möhkəmlənməsinə zəmin hazırlayıb.

Samir Abasov özünü idarə edə bilmir, "Neftçi"ni nə cür idarə edəcək? Bir balaca "Sumqayıt"da "cip-cip" etmişdi, bəs sonra? "Zirə"ni nə günə qoydu, gördük. "Zirə"də özündən əvvəlki baş məşqçilərə yaradılmayan şərait ona yaradılmışdı, götürüb düşərgəni "zibillədi". O, olan yerdə dava-mərəkə, qalmaqal, daim qarşıdurma, qruplaşma var.

Bu adam dilinə yiyəlik etməyi bacarmır, kollektiv yaradandı? Abasov "quru bəy"di, imkan ver, tribuna ver, qoy, danışsın, mətbuata bol-bol manşet olsun. Abasov yalnız mediaya yararlıdı.

Mövzu nə olur-olsun, ona telefon açırsansa, 1 saata çoxlu İP toplayacaqsan. Niyə gizlədək, bu, belədi. Amma bu, uğursuzluqların üzdüyü "Neftçi"nin, azarkeşinin boş mədəsini dolduracaqmı, rahatladacaqmı? Əsla!

"Neftçi"yə gələn məşqçini yalnız titul vəzifəsində saxlaya, ömrünü uzada bilər. Kimlərin yolu keçib buradan, kimlərin… Hələ kimlər gələcək, kimlər gedəcək…

Abasovun özündən əvvəlkilərin aqibətindən dərs çıxarmadığını düşünürəm. Diqqət yetirin, "şükür ki, "Neftçi"nin baş məşqçisi olmaq mənə qismət oldu" deyir. Aha, demə, o, "Neftçi"ni çalışdırmağı nə vaxtdı arzulayırmış...

Halbuki, 2 gün öncə açıqlamasında "klub rəhbərliyindən təklif gəlməsə, ölmürük ki…" söyləmişdi.

İki gün fərqlə bir-birinə daban-dabana zidd iki açıqlama verən Abasovun səmimiyyətinə necə inanasan? Adamın bir başı, min dili var.

Pir Kamran Quliyevin özünündü, kəramətinə bələddi. Bələdçiliyi var idi ki, Samir Abasovu ötən 3 ilə yaxın müddətdə heç yadına da salmadı, nə yanına, nə yaxınına aldı.

"Biz yalnız futbolçu yox, prezident də yetişdirib, başqa klublara göndəririk" açıqlaması yadınızdadı? Abasov demişdi, bəli. Quliyev ona ünvanlanan bu istehzalı atmacanı unudub deyirsiz?

Kamran bəy kinli və özünü başqalarından üstün hesab edən insandı. Onu Abasovun təyinatına imza atmağa məcbur etməsəydilər, ömrüboyu öz xoşuyla bu izdivaca getməzdi. İşini itirməmək naminə bir addım geri çəkilib indi. (sportinfo)

Yalnız bir addım amma. İki addım deyil. Görəcəksiz, az keçəcək, "Neftçi"nin düşərgəsindən yeni-yeni qalmaqallı xəbərlər gələcək, ara qarışacaq, məzhəb itəcək.

O dil ki Samir Abasovda var. O "mənəm-mənəmlik" ki Samir Abasovun içində var…

Həngamə qabaqdadı. Gözdə-qulaqda olun, "Neftçi"nin yağışdan çıxıb, yağmura düşməsinə bir yerdə şahidlik edəcəyik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest