21-ci əsrdə penalti zərbələrini ən çox uğursuz yerinə yetirən futbolçuların siyahısı açıqlanıb.
 
Matc.az xəbər verir ki, "transfermarkt"ın hazırladığı siyahıya "Barselona"nın hücumçusu Lionel Messi başçılıq edir.
 
Argentinalı futbolçu 27 dəfə penaltidən yararlana bilməyib. "Yuventus"un futbolçusu Kriştiano Ronaldo da Messi ilə eyni sayda – 27 dəfə penaltini uğursuz yerinə yetirib. Siyahıda ilk 3-lüyü "Roma"nın sabiq futbolçusu Françesko Totti tamamlayır.
 
Lionel Messi – 27
Kriştiano Ronaldo – 27
Françesko Totti – 19
Zlatan İbrahimoviç – 16
Antonio di Natale – 15
Edinson Kavani – 14
Ueyn Runi – 13
Ronaldinyo – 13
Frenk Lempard – 13
Serxio Aquero – 12

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest