Türkiyənin "Rizəspor" klubunun fransız hücumçusu Loik Remi koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə 33 yaşlı forvard sosial şəbəkə hesabında məlumat paylaşıb:
 
"Sonunda məni də koronavirus yaxaladı. Sağlıq durumum çox yaxşıdır. Qaydalara əməl edərək karantin müddətimin başa çatmasını gözləyirəm".
 
Remi bu mövsüm Super Liqada 7 oyuna çıxıb, 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest