İspaniyanın "Selta" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Komandanı bundan sonra Eduardo Kude çalışdıracaq. La Liqa klubu 46 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.
 
"Selta" bir neçə gün əvvəl baş məşqçisi Oskar Qarsiyanı istefaya göndərmişdi.
 
"Selta" cari mövsümdə La Liqada keçirdiyi 9 oyundan sonra 7 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest