Futbol üzrə Lüksemburq yığma komandasının baş məşçisi Lyuk Holts Avstriyaya qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 0:3 hesabı ilə uduzduqları oyundan sonrakı mətbuat konfransında UEFA Millətlər Liqasının qrup mərhələsində Kirp və Azərbaycana qarşı keçirəcəkləri görüşlərdən də danışıb:
 
"İlk yarıda çox yaxşı müdafiə olunduq. 60-cı dəqiqədən sonra işimiz çətinləşdi. Dəyişikliklərdən sonra sürət və dəqiqlik çatışmadı. Bu, komandanı oyun ritmindən çıxardı. Hazırda düşərgədə cəmi 23 futbolçu var. Heyətimiz elə də geniş deyil. Altı gündə 3 matça çıxırıq. UEFA-da kimsə yoldaşlıq görüşlərinin belə vaxtlarda keçirilməsindən narahat deyil? İşlərə futbol oynayıb-oynamadığından əmin olmadığım insanlar qərar verir.
 
Bütün hazırlığı Kipr və Azərbaycanla oyunlara görə qurmuşuq. Futbolçuların bu gün yenidən canlanmağa vaxtları olacaq".
 
Qeyd edək ki, Lüksemburq noyabrın 14-də Kiprlə, 3 gün sonra isə Azərbaycanla üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest