"Neftçi"nin məşqçilər korpusuna yeni təyinatlar olub.
 
Matc.az xəbər verir ki, Seymur Rəhimov və Vəfadar Quliyev baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcəklər.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb.
 
Qeyd edək ki, Seymur Rəhimov və Vəfadar Quliyev "Sumqayıt" və "Zirə" klublarında da baş məşqçi Samir Abasovun köməkçiləri olublar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest