Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" (İspaniya) 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Klub Yeremi Pino və Fernando Nino ilə 2024-cü ilədək, Aleks Baena və Filip Yorgensenlə 2025-ci ilədək nəzərdə tutulan müqavilə imzalayıb.
 
"Qarabağ" "Vilyarreal"a ilk oyunda 1:3 hesabı ilə məğlub olub. Bu komandalar arasındakı növbəti oyun dekabrın 10-da İspaniyada gerçəkləşəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest