İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Co Qomes dizindən əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı futbolçu uzunmüddətli bərpa prosesi keçəcək. İngiltərə yığmasının da üzvü olan, məhz millinin son məşqlərindən birində sıradan çıxan oyunçu bu səbəbdən 2020/21 mövsümünün böyük hissəsini buraxmalı olacaq.
 
Qeyd edək ki, "Liverpul" son dövrlərdə Vircil van Deyk, Fabinyo və Trent Aleksander-Arnoldun da xidmətindən məhrum olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest