Türkiyənin "Antalyaspor" klubunda koronavirusa yeni yoluxma halları qeydə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə klub kollektivindən götürülmüş yeni koronavirus testlərindən dördünün pozitiv çıxdığı diqqətə çatdırılıb. 3 futbolçunun və bir klub işçisinin testi müsbət nəticə verib. Həmin şəxslər evlərində təcrid edilib və onların müalicələrinə başlanılıb.
 
Qeyd edək ki, "Antalyaspor"da əvvəlki günlərdə də bir neçə yoluxma faktı qeydə alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest