"Barselona" klubunun məvacibləri azaltmaq üçün futbolçularla danışıqlar apardığını xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, klub futbolçularla yenə razılıq əldə edə bilməyib. 
 
Koronavirus səbəbiylə maliyyə problemləri yaşayan Kataloniya klubu növbəti dəfə məvacibləri azaltmaq üçün komanda üzvlərinə müraciət etsə də, futbolçular bu təkliflə razılaşmayıb. Klub 2020/21-ci il mövsümündə 300 milyon avroluq itki ilə üz-üzədir. Tərəflərə yenidən qərar vermək və müzakirə aparmaq üçün 23 noyabra qədər vaxt verildiyi bildirilir.
 
Məlumata görə, "Barselona"da yüksək ödənişli futbolçulardan məvaciblərinin 30 faizindən imtina etmələri istənilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest