"Beşiktaş"da koronavirusa yeni yoluxma halları qeydə alınıb.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin daha üç oyunçusunda COVİD-19 aşkarlanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ölkələrinin milli komandalarına yollanmış futbolçulardan da ikisinin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Bununla da "qara qartallar"ın heyətində koronavirus aşkarlanmış futbolçuların sayı 8-ə yüksəlib.
 
"Beşiktaş" əvvəlki günlərdə daha üç futbolçusunda COVİD-19 aşkarlandığını açıqlamışdı. Adları açıqlanmayan bütün oyunçular karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest