Futbol üzrə Gürcüstanın milli komandasının baş məşqçisi Vladimir Vayss istefa verib.
 
Matc.az xəbər verir ki, slovakiyalı mütəxəssis Aç-2020-nin pley-off mərhələsi çərçivəsində Şimali Makedoniyaya 0:1 hesabıyla uduzduqları oyundan sonra bu komandadakı işinin başa çatdığını deyib.
 
56 yaşlı məşqçi məğlubiyyətə görə üzr istəyib: "Gürcü azərkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Bu, asan olmayan, lakin həyatımın çox yaxşı 5 ili oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest