Dekabrın 20-də milli komandaların FİFA reytinqi açıqlanacaq. Matç.az saytı xəbər verir ki, üç gündən sonra rəsmən dərc olunacaq 2018-ci ilin son siyahısı ilə bağlı təxminlər ciddi dəyişikliklər vəd etmir.

Təxmini cədvələ əsasən demək olar ki, dünyanın 211 ölkəsinin yığmasın əksəriyyətinin həm xalı, həm mövqeyi dəyişməyəcək. ümumiyyətlə siyahıda bir neçə yerdəyişmə baş verəcək.

Bu da üç həftəlik hesabat dövrünə milli komanda səviyyəsində oyunların sayı ilə bağlıdı. Yalnız bir qarşılaşmanın keçirilməsi dəyişikliklərin də minimuma bərabər olması ilə nəticələnəcək.

Azərbaycan milisinin də mövqeyi dəyişməz qalacaq. 1206 xala malik yığmamız dünyanın 107-ci komandası kimi mövqeyini qoruyacaq.

Bu isə o deməkdi ki, komandamız Qurban Qurbanovun rəhbərliyi altında keçirdiyi bir ildə 10 addım irəliləmiş olacaq. çünki yığmamız 2017-ci ili 117-ci sırada başa vurmuşdu.

Millimiz və "qonşuları"

103 (103). Haiti – 1219
104 (104). Liviya – 1217
105 (105). Keniya – 1210
106 (106). Madaqaskar – 1209
107 (107). Azərbaycan – 1206
108 (108). Niger – 1205
109 (109). KXDR – 1196
109 (109). İordaniya – 1196
111 (111). Namibiya - 1191

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin yerləri və xal hesabları dəyişməz qalacaq. Xorvatiya ilk, Uels 2-ci, Slovakiya isə 3-cü "onluq"da qərarlaşacaq. Nisbətən zəif olan Macarıstan yenə 51-cı sırada olacaq.

Millimizin rəqibləri

4 (4). Xorvatiya – 1634
19 (19). Uels - 1425
27 (27). Slovakiya - 1483
51 (51). Macarıstan - 1412

Dünyanın ən güclü 10 komandasının siyahısında heç bir dəyişiklik baş varməyəcək. Planetin nəhəngləri həm xal hesablarını, həm də mövqelərini qoruyacaq.

İlk "onluq"

1 (1). Belçika – 1727
2 (2). Fransa – 1726
3 (3). Braziliya – 1676
4 (4). Xorvatiya – 1634
5 (5). İngiltərə - 1631
6 (6). Portuqaliya – 1614
7 (7). Uruqvay – 1609
8 (8). İsveçrə - 1599
9 (9). İspaniya – 1591
10 (10). Danimarka – 1589

Qeyd edək ki, qonşu Türkiyə millisinin də mövqeyi dəyişməyəcək. "Ay-ulduzlular" 1443 xalla siyahıda 39-cu yerdə qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest