Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan matçının təyinatları müəyyənləşib.

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan matçının təyinatları müəyyənləşib.
 
Matc.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Almaniyadan olan hakimlər briqadasına həvalə edib.
 
Baş hakim Feliks Tsvayer təyin olunub. Ona yan xətt hakimləri Torsten Şiffner və Marko Axmüller kömək edəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.
 
Hakim-inspektor İngiltərədən Maykl Rayli, UEFA nümayəndəsi isə niderlandlı Tammo Beyşuizen olacaq.
 
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest