Ayxan Abbasovun "Sumqayıt"ın baş məşqçisi təyin olunmasından iki il ötür.
 
Matc.az sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sumqayıtlılar 2018/19 mövsümünün 12-ci turundan etibarən komandanın sükanı arxasına keçən Abbasovun rəhbərliyi ilə Premyer Liqada 46 oyun keçirib.
 
39 yaşlı mütəxəssisin komandanı meydana çıxardığı oyunlarda 15 qələbə, 11 heç-heçə və 20 məğlubiyyət qeydə alınıb. Hazırda davam edən 2020/21 mövsümündə Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 9 oyuna 15 xal toplayaraq, ilk pillədə qərarlaşıb. 
 
Qeyd edək ki, "Sumqayıt" tamamlanmamış 2019/2020 mövsümünü 4-cü sırada bitirməklə tarixində ilk dəfə Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmışdı. 
 
"Sumqayıt" Abbasovun rəhbərliyi ilə Azərbaycan Kubokunda 9 oyun keçirib. Bu oyunların 6-sı 2018/19 mövsümünə, qalanı isə ötən mövsümə təsadüf edir. 
 
2018/19 mövsümündə komanda bütün rəqiblərini adlayaraq, tarixində ilk dəfə Azərbaycan kubokunun final mərhələsinə vəsiqə qazanmışdı. Final qarşılaşmasında məğlub olan "Sumqayıt" yarıda dayandırılan 2019/20 mövsümündə isə yarımfinala qədər irəliləməyi bacarmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest