"Milan"ın baş məşqçisi Stefano Pioli koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
55 yaşlı mütəxəssisin test nəticəsi pozitiv olub. Xəstəliyin simptomlarını keçirməyən mütəxəssis ev karantininə alınıb.
 
Komandada digər məşqçilər və futbolçuların testi neqativ olsa da, bu günə nəzərdə tutulan məşq ləğv edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest