Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa yoluxan şəxslərin sayı artıb.
 
Matc.az xəbər verir ki, 1-ci liqa təmsilçisində daha 3 oyunçu və 1 tibb işçisinin koronavirus testi müsbət nəticələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Bolu təmsilçisində hazırda 10 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşının koronavirus səbəbindən karantinə alındığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Araz Abdullayev Azərbaycan yığmasının hazırda davam edən təlim-məşq toplanışına çağırılmayıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest