Madrid "Real"ı kapitanı Serxio Ramosla yeni müqavilə üçün danışıqları demək olar ki, başa çatdırıb.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərində anlaşıblar.
 
34 yaşlı futbolçu karyerasını paytaxt klubunda bitirməyə qərar verib. Onun yaxın günlərdə mətbuat konfransı keçirəcəyi və bu qərarını açıqlayacağı bildirilir.
 
2005-ci ildən "Real"ın şərəfini qoruyan futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest