Futbol üzrə İtaliya yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyunlar ərəfəsində daha iki oyunçunun xidmətindən məhrum olub.
 
Matc.az xəbər verir ki, müdafiəçi Leonardo Bonuççi ilə yarımmüdafiəçi Roberto Qalyardini sıradan çıxıb.
 
Müvafiq olaraq "Yuventus" və "İnter" klublarında çıxış edən futbolçuların zədəsi ciddi olduğundan, onlar yığmanın düşərgəsindən ayrılıblar və son iki oyunda forma geyinməyəcəklər.
 
Qeyd edək ki, Bonuççi və Qalyardinidən öncə Moyze Kin də zədə səbəbindən İtaliya millisinin düşərgəsini tərk etmək məcburiyyətində qalmışdı.
 
İtaliya yığması UEFA Millətlər Liqası çərçivəsində Polşa, həmçinin Bosniya və Herseqovina ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest