Futbol üzrə İslandiya yığmasının baş məşqçisi Erik Hamren istefa verib.
 
Matc.az xəbər verir ki, 63 yaşlı isveçli mütəxəssis bu qərarını Aç-2020-yə vəsiqə şansını əldən vermələri ilə əlaqələndirib:
 
"Bu, mənim qərarımdır. ümid edirəm ki, islandlar dünya çempionatına vəsiqə qazana biləcəklər. Amma unu mənsiz edəcəklər".
 
Qeyd edək ki, İslandiya yığması Aç-2020-yə son dörd vəsiqə uğrunda pley-off oyununda Macarıstana 1:2 hesabıyla uduzub.
 
Erik Hamren 2018-ci ildən İslandiya yığmasına rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest