"Gənc ölkəyik və insanlar çox əziyyət çəkirlər. Biz qələbə qazandıqda və ya sadəcə oyun keçirdikdə, bunu bayram günü kimi qeyd edirlər. Bu, bizim insanlarımız üçün böyük şeydi"

"Müstəqillikdən bəri Kosovo və Albaniya əsilli insanların sayının necə artdığını gördük. İki milyon əhalisi olan ölkə üçün çox yaxşı futbolçulara sahibik". Matç.az saytı xəbər verir ki, bunu Kosovo millisinin hücumçusu Athe Nuhiu deyib.

Yerli mətbuata açıqlama verən 29 yaşlı forvard ölkəsində futbola olan maraqdan bəhs edib. O, Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən son qarşılaşmanı da xatırlayıb: "Gənc ölkəyik və insanlar çox əziyyət çəkirlər. Biz qələbə qazandıqda və ya sadəcə oyun keçirdikdə, bunu bayram günü kimi qeyd edirlər. Bu, bizim insanlarımız üçün böyük şeydi. Millətlər Liqasının qrupunda birinci yeri tutmaq üçün son oyunda Azərbaycanla heç-heçə də bizə sərf edirdi. Ancaq qarşılaşmanın biletləri cəmi 23 dəqiqəyə satılmışdı. Bu diqqəti gördükdən sonra Azərbaycanla bərabərliyi düşünmək axmaqlıq olardı".

Qeyd edək ki, millimizi 4:0 hesabı ilə məğlub edən Kosovo qrup birincisi kimi C Liqasına və pley-off mərhələsinə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest