Futbol üzrə İspaniya yığmasının kapitanı Serxio Ramos yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, Madrid "Real"ının müdafiəçisi Avropada milli forma ilə ən çox oyun keçirən futbolçuya çevrilib.
 
O, bunu UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində İsveçrəyə qarşı keçirdikləri səfər oyununda (1:1) rəsmiləşdirib.
 
Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Ramos millidə 177-ci oyununu keçirib. Bununla da o, millidə 176 oyun keçirmiş İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffonu geridə qoyub. 
 
Qeyd edək ki, Ramos İsveçrə ilə görüşdə iki penaltini qaçırıb. Onun 57-ci və 80-ci dəqiqələrdə yerinə yetirdiyi hər iki penalti zərbəsini rəqib qapıçı dəf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest