"Hər şey belə alındığı üçün şadıq. Azlıqda qaldıqda nəinki bu cür oyunlarda, hətta məşqdə belə, çətinlik olur. Amma problemi yoluna qoymağı bacardıq. Qarşıda Kiprlə oyun var. Bu, bizim üçün son şansdır. Qələbə qazanmaq istəyirik"

Futbol üzrə Monteneqro yığmasının yarımmüdafiəçisi Marko Bakiç UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
 
"Kiprdəki matçın nəticəsindən xəbərimiz var idi və bu, oyunumuza böyük təsir göstərdi. Sonda nə etməli olduğumuzu bilirdik. Əsas, hesabı qorumaq idi. Qələbə dalınca qaçmağa ehtiyac yox idi. Hər şey belə alındığı üçün şadıq. Azlıqda qaldıqda nəinki bu cür oyunlarda, hətta məşqdə belə, çətinlik olur. Amma problemi yoluna qoymağı bacardıq. Qarşıda Kiprlə oyun var. Bu, bizim üçün son şansdır. Qələbə qazanmaq istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest