"Azərbaycan ikinci hissədə çoxlu hücumlar etdi. Yaxşı müdafiə olunurduq və bizim də qol imkanlarımız oldu. Vacib 1 xal qazandıq və artıq hər şey öz əlimizdədir. Növbəti oyuna da qələbə qazanmaq üçün çıxacağıq".

Monteneqro yığmasının futbolçusu İqor Vuyaçiç UEFA Mİllətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 26 yaşlı müdafiəçi, 0:0 hesabıyla bitən görüş haqda bunları deyib:
 
"Azərbaycan ikinci hissədə çoxlu hücumlar etdi. Yaxşı müdafiə olunurduq və bizim də qol imkanlarımız oldu. Vacib 1 xal qazandıq və artıq hər şey öz əlimizdədir. Növbəti oyuna da qələbə qazanmaq üçün çıxacağıq".
 
Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 5 xalla 3-cü sıradadır. Monteneqro 10 xalla lider, Lüksemburq 9 xalla 2-cidir. Qrupun sonuncusu isə 4 xalı olan Kiprdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest