UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan "Zirə" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
 
Matc.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
 
Oyun "Zirə"nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran topu 82-ci dəqiqədə Tamerlan Burcəliyev rəqib qapısından keçirib.
 
"Zirə" oyuna bu start heyəti ilə çıxıb: Rəşad Əzizli, Sərtan Taşkın, Lazar Corceviç, Dimitrios çantakias, Qismət Alıyev, Tural Bayramlı, İlkin Muradov, Riçard Almeyda, Ruslan Qurbanov, Ağabala Ramazanov (k), David Volkov.
 
Oyuna sonradan daxil olanlar: Kərim Diniyev, Şəhriyar Rəhimov, Hacıağa Hacılı, Əli Şirinov, Tamerlan Burcəliyev, Vüsal Əliyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest