İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı funksioner, açıqlamasında koronavirus pandemiyasına görə İspaniya futbolunun maliyyə itkisini də açıqlayıb.
 
Tebas, koronavirus pandemiyasına görə La Liqa və Sequnda klublarının ümumilikdə 490 milyon avro zərərinin olduğunu bildirib:
 
"Klubların xərclərinin qarşılanması və İspaniya futbolunda liqaların mövsümün sonuna kimi davam etməsi üçün 490 milyon avroya ehtiyac var. Hələ xərclər çoxdur, bir çox klublar futbolçularının məvaciblərini azaltmaq üçün çalışır. Amma bəzilərində bu məsələ problem olaraq qalır. Koronavirusa görə maliyyə cəhətdən ən çox zərər görən "Valensiya", "Real" və "Barselona"dır.
 
Hazırkı vəziyyətdə 17 klubda vəziyyət daha pisdir. Bəzilərində 100 milyon, bəzilərində isə 3 milyon avroluq itki var. Vəziyyət elədir ki, 3 milyon zərəri olan klub daha ciddi problemlər yaşayır. Bu vəziyyəti düzəltmək üçün çalışırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest