Futbol üzrə İngiltərə millisinin, "Tottenhem" və "Liverpul"un sabiq qapıçısı Rey Klemens vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə veteran futbolçunun 72 yaşında öldüyü diqqətə çatdırılıb. O, uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
Klemens "Liverpul"un heyətində 5 qat İngiltərə çempionudur. O, üç dəfə çempionlar kubokunun, həmçinin ölkə kuboku və Liqa kubokunun qalibidir. Roy İngiltərə millisində 61 matç keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest