"Bu gün isə onun test nəticəsi müsbət olub. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb"

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
 
Assosiasiya rəsmisi bildirib ki, noyabrın 16-da 31 yaşlı müdafiəçinin temperaturu qalxıb:
 
"Bu gün isə onun test nəticəsi müsbət olub. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb". (report)
 
Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində bu gün keçiriləcək Lüksemburqla matçı buraxacaq.
 
Daha əvvəl yığmanın digər iki futbolçusu - Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirusa yoluxduğu bəlli olub. Onlar Xorvatiyada karantinə alınıb.
 
Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest