Futbol üzrə Meskika yığmasının və Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Hektor Herrera zədələnib.
Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin düşərgəsində sıradan çıxıb.
Müayinə nəticəsində futbolçunun bud nahiyəsindəki zədə səbəbindən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Herreranın noyabrın 21-də "Barselona" ilə La Liqa, ayın 25-də isə "Lokomotiv"lə UEFA çempionlar Liqası matçını buraxacağı dəqiqdir.