"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robbenin yeni klubunun adına aydınlıq gəlmək üzrədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, hollandiyalı ulduz futbolçu vətəninə qayıtmağa hazırlaşır.

34 yaşlı oyunçunun "Bavariya" ilə müqavilə müddəti mövsümün sonuna qədərdi. Yayda Bundesliqa çempionunu tərk edəcək Robbenin məhz  PSV-yə dönüşü gözlənilir. Hollandların baş məşqçisi Mark van Bommel onunla artıq danışıq da aparıb.

Qeyd edək ki, Aryen Robben 2002-2004-cü illərdə PSV-nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest