İtaliyalı hücumçu Mario Balotelli İngiltərədə futbol oynamaq istəməyib.
 
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Xəbərdə, 30 yaşlı hücumçunun "Barnsli" klubundan təklif aldığı bildirilib.
 
Balotelli, çempionşipdə oynamaq istəmədiyi üçün "Barnsli"nin təklifini rədd edib. Tərəflər arasında ilkin danışıqlar yaxşı getsə də, daha sonra italyan hücumçu fikrindən daşınıb.
 
Klubsuz olan Mario Balotelli hazırda İtaliyanın D Seriyası təmsilçisi "Françakorta"da məşq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest