Milli komandanın son 3 oyununun yığmanın FIFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib. Matc.az xəbər verir ki, hər 3 qolsuz heç-heçə Canni De Byazinin rəhbərlik etdiyi kollektiv üçün qazancla nəticələnib.


Lyublyanada Sloveniya ilə bərabərlik yığmanın aktivinə 1,8 xal əlavə edib. Millətlər Liqasının V turunda Monteneqro ilə neytral meydanda keçirilmiş ev oyunundakı "sülh" 2,7, qrup mərhələsinin son turunda Lüksemburqla səfər matçında heç-heçə 1 xal qazanmaq anlamına gəlib.

ümumilikdə millinin qazancı 5,5 xal olub. Bunun növbəti reytinq siyahısında hansı mövqe dəyişikliyinə səbəb olacağı hələlik bəlli deyil. Yığma hazırda 1175 xalla dünyanın 114-cüsüdü.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest