Almaniya millisinin sabiq futbolçusu Məsut özil keçmiş komandasının İspaniyaya 0:6 hesablı məğlub olmasıyla bağlı zarafat edib.
 
Matc.az xəbər verir ki, türk əsilli yarımmüdafiəçi bununla bağlı "tvitter" hesabında paylaşım edib.
 
özil, paylaşımında "Jerom Boatenqi geri gətirməyin vaxtı gəldi" yazıb.
 
özil 2018-ci ildə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü üçün tənqid edilmiş və daha sonra Almaniya yığmasındakı karyerasını bitirmişdi. Boatenq də Dç-2018-dən sonra millidən gedib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest