"Barselona"nın futbolçusu Serxio Busketsin İspaniya milli komandasının heyətində zədələndiyini xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə ilə görüşdə sıradan çıxmışdı.
 
Kataloniya klubu ətraflı tibbi müayinədən keçirilən futbolçunun son durumu ilə bağlı açıqlama yayıb. Xəbərdə sol dizindən zədə alan Busketsin azı iki həftə yaşıl meydanlardan uzaqda qalacağı diqqətə çatdırılıb.
 
Bu isə ispan yarımmüdafiəçinin bu həftə La Liqa çərçivəsində keçiriləcək Madrid "Atletiko"su ilə oyunda komandasına kömək edə bilməyəcəyindən xəbər verir. "Barselona"da daha öncə Samuel Umtiti, Filippe Koutinyo və Ronald Arauxo da sıradan çıxmışdı.
 
"Atletiko"da isə Uruqvay millisinin düşərgəsində koronavirusa yoluxan Luis Suares sabiq komandası ilə qarşılaşmada forma geyinə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest