Futbol üzrə Braziliya millisinin və Fransa çempionu PSJ-nin hücumçusu Neymar zədəsini sağaldıb.
 
Matc.az xəbər verir ki, milliyə dəvət alan 28 yaşlı hücumçu sol ayağındakı əzələ zədəsi səbəbindən Braziliyanı vaxtından öncə tərk etmiş və klubunun düşərgəsinə qayıtmışdı.
 
Paris təmsilçisinin yaydığı məlumata görə, Neymar artıq fərdi məşqlərə başlayıb. Onun "Monako"ya qarşı keçiriləcək növbəti oyunda meydana çıxıb-çıxmayacağı bilinmir.
 
Qeyd edək ki, Neymar bu mövsüm PSJ-də 6 oyuna çıxıb və 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest