Futbol üzrə Uruqvay yığmasında koronavirusa yoluxanların sayı artıb.
 
Matc.az xəbər verir ki, milli üzvlərindən Aleksis Rolin və Dieqo Rossidə də koronavirus aşkarlanıb.
 
Bu barədə Uruqvay Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə millidə çalışan daha beş nəfərdən götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.
 
Xatırladaq ki, Uruqvay yığmasında daha öncə Luis Suares və Rodriqo Munosda, həmçinin millinin mətbuat xidmətinin əməkdaşında koronavirus aşkarlandığı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest