Futbol üzrə İtaliya millisinin sabiq üzvü və çinin "Quançjou Everqrand" klubunun baş məşqçisi Fabio Kannavaronun oğlu Andrea Kannavaro "Latsio" ilə müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
16 yaşlı oyunçu İtaliya təmsilçisinin 17 yaşadək gənclər komandasında oynayacaq. O, əvvəllər atasının rəhbərlik etdiyi "Quançjou Everqrand"da çıxış edib.
 
Qeyd edək ki, Andrea ötən ay 16 yaşını qeyd edib və təhsilini davam etdirmək üçün İtaliyaya dönüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest