Azərbaycanın "Uğur" komandası UEFA Regionlar kubokunda çıxışını başa vurub. Matç.az saytı xəbər verir ki, əsas seçmə mərhələdə mübarizə aparan təmsilçimiz bütün oyunlarda məğlub olub.

Oyunları Ukraynanın Lvov şəhərində keçirilən 6-cı qrupda qüvvəsini sınayan futbolçularımız ilk oyunda meydan sahibləri ilə görüşüb. "Lvov"a 0:4 hesabı ilə uduzan komandamız II turda İspaniya "Kastiliya"sına da yenilib – 0:2. Finlandiyanın Qərb region yığması ilə bugünkü matçda məğlubiyyətlə nəticələnib – 1:2.

Heyətində Nicat Tağıyev, Emil Paşayev kimi Premyer Liqa təcrübəsinə malik oyunçular da olan "Uğur" uğura həsrət qalıb.

Qeyd edək ki, 6-cı qrupun qalibi adına "Kastilya" yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest